Biz bir "evdə" yaşayan, amma öz müstəqilliyi, suverenliyi olan dövlətik.  

Unikal.org-un məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
 
Bundan başqa, ölkə başçısı qeyd edib ki, Minsk Moskvadan dönmək fikrində deyil.

"Mən istəyirəm ki, ruslar, xüsusilə Rusiya rəhbəri bilsin ki, biz onlar üçün "əl-altı" deyilik. Biz bir "evdə" yaşayan, amma öz müstəqilliyi, suverenliyi olan dövlətik. Balaca da olsa, amma öz şəxsi "otağımız" var. Yeri gəlmişkən, bunlar Rusiyanın indiki prezidentinin də sözləridir", - deyə Belarus prezidenti obrazlı şəkildə bildirib.

"Rusiyanın bəzi propaqanda ruporlarından ölkəmiz haqqında dedikləri iyrəncdir. Onların fikrincə, Belarusda dönüş olacaq. Amma bilmirəm, ölkəmiz hara dönəcək? Rusiyanın bəzi qurumlarına səslənib demək istəyirəm ki, biz qardaş ölkələrik. Bu, əsrlər boyu belə olub", - deyə ölkə başçısı qeyd edib.

Lukaşenko həmçinin yaxın vaxtlarda 2022-ci ildən pensiya yaşının 63-ə qaldırılması haqqında qəbul olunan qərara sakit yanaşmağa çağırıb.