Zaqatala rayonu Meşleş kəndində yalnız ibtidai təhsil verən məktbədə 3 müəllim və iki şagird var.
Müəllimlər məktəbdə sagirdin az olmasını kənddə ailələrin az olması ilə əlaqələndirirlər.
Qobustan rayonununən ucqar kəndlərindən bri olan Qaracüzlü kənd ibtidai məktəbinin də 2 şagirdi var. Onlardan biri 1-ci sinif, digəri isə 3-cü sinifdə oxuyurlar.
Kəndə ümümilkdə 15 ailə yaşayır.Hazırda məktəbdə 4 sinif otağı olsada onlardan biri istifadə olunur.
Bu ibtidai məktəbi bitirən şagirdlər, ya şəhər mərkəzində, yada qonşu kənd olan Ərəbşahverid kəndində təhsillərini davam etdirirlər.
Təhsil Nazirliyinin məlumatına görə, Daşkəsən rayonu Yolqullar kəndindəki ibtidai məktəbdə, Neftçala rayon Mayak kənd ibtidai məktəbində də cəmi 2 şagird oxuyur.
Unikal.org "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.