Gürcüstanın Batumi şəhərində atışma olub.

Unikal.org-un "Qruziya Onlayn"-a istinadən verdiyi məlumata əsasən, hadisə Niko Pirosmani küçəsində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alanlar, "Real-Palas" tikinti şirkətinin yaradıcıları olub.

Hadisə şirkətin ofisinin qarşısında baş verib. Atışmanın səbəbi ailə münaqişəsi olub.