İstanbulda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, Paşinyan İstanbulun erməni icmasının nümayəndələri ilə görüşündə deyib ki, Türkiyə liderinin 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanda olması gözlənilir.
Xatırladaq ki, iyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə ilk işgüzar səfərinə gedib. Bu gün Paşinyanın Ərdoğanla danışıqlar aparacağı gözlənilir.