Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki xarici diplomatlarla Qarabağa səfəri barədə məlumat verib.
"Unikal" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi özünün "X" səhifəsində paylaşım edib.
"Diplomatik korpusla Laçına səfər. Laçın hava limanına endik, sabah Şuşa və Ağdam proqramı ilə davam edəcəyik", - deyə o yazıb.
H.Hacıyev Ağdam-Bakı qatarı ilə paytaxta qayıdacaqlarını da əlavə edib.