Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar başa çatıb.
"Unikal" xəbər evrir ki, görüş 1 saata yaxın davam edib.
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Ermənistanın regionda sülh və sabitliyin təmin edilməsi prosesinə sadiqliyini və qonşuları ilə münasibətlərin normallaşdırılması siyasətini davam etdirdiyini vurğulayıb.
İki ölkənin liderləri birbaşa təmasları və dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Türkiyə prezidentinin ofisindən verilən məlumata görə, Paşinyan və Ərdoğan İrəvan və Bakı arasında sülh yolu ilə nizamlanma, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə ediblər.
*** 20:15
İstanbulda Türkiyə və Ermənistan liderlərinin görüşü başlayıb.
"Unikal" xəbər verir ki, əvvəlcə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşü olacaq.
Bundan sonra iki liderin rəhbərliyi altında nümayəndə heyətlərinin üzvləri danışıqlar aparacaq.