Səudiyyə Ərəbistanı kralının Ciddə şəhərindəki sarayının qarşısındakı postun atəşə tutulması nəticəsində iki mühafizəçi həlak olub, daha üçü yaralanıb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, cavab atəşi ilə hücum edən şəxs öldürüb.
İnsident oktyabrın 7-də səhər saatlarında baş verib. Hücum edən şəxsin 28 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilir. Onun avtomobilindən "Kalaşnikov tipli avtomat və üç alışdırıcı qumbara aşkarlanıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı hazırda Rusiyada səfərdədir.