Güclü qasırğa sahilə yaxınlaşıb.

Unikal.org
xarici mətbuata istinadən xarici mətbuata istinadən xəbər verir ki, Neyt qasırğası şənbə günü axşam ABŞ sahillərinə çatıb.

Qasırğa Missisipi deltası rayonunda quru üzərindən keçir.

Küləyin maksimal sürəti saatda 140 kilometrə yaxın olduğu deyilib.

Həmçinin ABŞ Milli Hava Xidməti Yeni Orlean (Luiziana ştatı) üçün tropik tufan xəbərdarlığı elan edib.

Xatırladaq ki, Neyt tropik qasırğası Mərkəzi Amerikada 22 nəfərin ölümünə səbəb olub.