Kanada hökuməti Ontarioda 1964-1985 illəri arasında uşaq yaşda ailələrindən zorla alınan 20 min vətəndaşa 750 milyon dollar təzminat ödəyəcək.

Unikal.org Metbuat.az-a istinadən bildirir ki, bu haqda Kanadanın Yerli Əlaqələr naziri Karolin Bennett məlumat verib. Nazir 60-ci illərdə baş verən faciənin qurbanlarından danışaraq, nların böyük faciə yaşadıqlarını, səhvlərin az da olsa düzəldilməsi üçün atdıqları addımın vacib olduğunu vurğulayıb.

Təzminatdan savayı həmin ailələrin yaşayış səviyyələrini artırmaq üçün digər layihələr də nəzərdə tutulub.