Bakıda restoranda baş verən atışmanın bəzi detalları müəyyənləşib.
Unikal.org xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar olub. Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
 
Məlumata görə, hadisə iştirakçılarından biri artıq saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Faktla bağlı Bakı şəhər Prokurorluğundan cinayət işi başlanıb, istintaq aparılır.
 
Qeyd edək ki, məlum hadisə gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında qeydə alınıb.