"Səhliyalı" şirkəti Kütləvi İnformasiya Vasitələri üçün "Açıq Qapı" günü elan edib.
Şirkətdən unikal.org-a verilən məlumata gorə, aprel ayının 25-i saat 11:00-dan 13:00-a kimi bütün media nümayəndələri şirkətdə istehsal olunan məhsullar barədə məlumatlandırılacaq. Jurnalistlər Şirkətin istehsalı olan "Halal nemət, 1000 bərəkət" markalı məhsulların istehsal prossesi ilə yaxından tanış olacaq və ət kəsimi sexində yüksək keyfiyyətdə, gigiyenik şəraitdə və halal qaydalara uyğun kolbasa ətlərinin hazırlanmasını görəcəklər.