Ağdamda çay sahilindən piyada əleyhinə minalar tapılıb. 
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 21-də Ağdam RPŞ əməkdaşları tərəfindən Əfətli kəndi ərazisindən keçən Qar-qar çayının sahilindən 3 ədəd "PME-3" markalı piyada əleyhinə mina tapılmış və bu barədə ANAMA-ya məlumat verilib.