Əsas mənbəyini işğal altında yerləşən ərazilərdən götürən bəzi çaylarımızda suyun səviyyəsi artıb.
Unikal.org El Tv-yə istinadən xəbər verir ki, suyun çoxalmasından istifadə edən Ermənistan silahlı qüvvələri müxtəlif tipli partlayıcı qurğuları çayla axıtmağa başlayıblar. Partlayıcıların suya axıdılması dinc sakinlərin həyatı üçün ciddi təhlükə yaradır. Bir neçə gün öncə Tərtər ərazisindən axan İncəçayından tapılan belə mərmilər zərərləşdirilib. Tərtərin Borsunlu kəndinin sakinləri bildirirlər ki, partlayıcıların İncə çayına axıdılması birinci fakt deyil. Borsunlu kənd icra nümayəndəliyindən bildirilir ki, belə hallara əsasən yaz və payız aylarında rast gəlinir. Çayla gələn minalar hətta bəzi hallarda əkin sahələrinə və fərdi təsərrüfatlara da çatır. ""PVM" markalı minalardı. Bu da piyada əleyhinə olan minalardı. Bu da hansı ki, əkin sahələrinə gedə bilər. Vətəndaş hansı ki, taxılını sulayır" deyə Borsunlu kənd icra nümayəndəsi Xaləddin Qarayev bildirib.
Bu risqlərin qarşısını almaq məqsədilə İncəçayın məcrası dəyişdirilib.
Unikal.org El TV-yə (Region TV) istinadən xəbər verir ki, əsas mənbəyini işğal altında yerləşən ərazilərdən götürən bəzi çaylarımızda suyun səviyyəsi artıb. Suyun çoxalmasından istifadə edən Ermənistan silahlı qüvvələri müxtəlif tipli partlayıcı qurğuları çayla axıtmağa başlayıblar.
Partlayıcıların suya axıdılması dinc sakinlərin həyatı üçün ciddi təhlükə yaradır. Bir neçə gün öncə Tərtər ərazisindən axan İncəçayından tapılan belə mərmilər zərərləşdirilib. Tərtərin Borsunlu kəndinin sakinləri bildirirlər ki, partlayıcıların İncə çayına axıdılması birinci fakt deyil. Borsunlu kənd icra nümayəndəliyindən bildirilir ki, belə hallara əsasən yaz və payız aylarında rast gəlinir. Çayla gələn minalar hətta bəzi hallarda əkin sahələrinə və fərdi təsərrüfatlara da çatır.
""PVM" markalı minalardır. Bu da piyada əleyhinə olan minalardır. Bu da əkin sahələrinə gedə bilər", - deyə Borsunlu kənd icra nümayəndəsi Xaləddin Qarayev bildirib. Bu risklərin qarşısını almaq məqsədilə İncəçayın məcrası dəyişdirilib.