Ölkəni terror təhlükəsi bürüdü.
Unikal.org-un məlumatına görə, Niderlandın müxtəlif bölgələrində fəaliyyət göstərən 7 məktəbə bomba qoyulması barədə polisə məlumat verilib.
Terror təhlükəsi ilə bağlı həmin məktəblər boşaldılıb.
Lahey, Utrext, Eyndhoven, Maastrixt, Leeuvarden və Haren şəhərlərindən polisə daxil olan məlumat dərhal araşdırılıb və məktəblər yoxlanılıb.
Aparılan yoxlamalar nəticəsində yayılan məlumatlar təsdiqini tapmayıb və məktəblərdə bomba tapılmadığı bildirilib.
Polis insanlarda təşvişə səbəb olan məlumatları yayan şəxslər bağlı araşdrımalara başlayıb.