Mingəçevirdə qəfil aşan ağac avtomobilin üzərinə düşüb.
"Unikal"ın məlumatına görə, hadisə Nizami küçəsi 10 ünvanındakı məhəllədə baş verib. Gözlənilmədən kökündən qopan ağac söhbətgah (kölgəlik) və onun yanındakı "Vaz 2106" markalı maşının üzərinə aşıb. Avtomobil və istirahət məkanının bəzi hissələri zərər görsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Ehtiram Muradov