Ağstafada kran aşıb, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. 1993-cü il təvəllüldü A.Qasımov idarə etdiyi "KamAZ" markalı avtomobil (kran ) ilə  hərəkətdə olan zaman sərt döngədə idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, onun sərnişinləri 1988-ci il təvəllüldü E.Yusibov və 1998-ci il təvəllüdlü E.Yusibovdur.Yaralılardan 1993-cü il təvəllüdlü A.Qasımovun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov