İtaliya Futbol Federasiyasının (FIGC) texniki direktoru Paolo Maldini və onun müşaviri Leonardo vəzifəyə təyin olunmalarından cəmi 16 gün sonra milli komandadan ayrılmaq qərarı veriblər.

"Unikal" xəbər verir ki, onların bu addımı FIGC prezidenti Covanni Malaqonun Andrea Pirlonun baş məşqçi postuna təyin edilməsinə etiraz etməsi ilə bağlıdır.

Bildirilir ki, prezident Pirlonun Rusiya bukmeker şirkətləri ilə əlaqələri olduğu iddialarına görə onun namizədliyini dəstəkləməyib. Maldini və Leonardo isə İtaliya millisinin baş məşqçisi kimi yalnız Pirlonun təyin olunmasını istəyirdilər.

Qeyd edək ki, Andrea Pirlo bu vəzifəyə əsas namizədlərdən biri hesab olunsa da, namizədliyi təsdiqlənməyib. Keçmiş futbolçu artıq İtaliya millisinin baş məşqçisi postuna namizəd olmadığını da açıqlayıb.