Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən "Qalatasaray" yoxlama görüşündə İtaliyanın A Seriyası təmsilçisi "Venesiya" ilə qarşı-qarşıya gəlib.

"Unikal" xəbər verir ki, Lins şəhərindəki "Hofmann Personal" stadionunda keçirilən matç İtaliya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İtaliya təmsilçisinin heyətində 71-ci dəqiqədə Yeboa, 75-ci (penaltidən) və 90+2-ci dəqiqələrdə isə Lauberbax fərqlənib.

Görüşün 80-ci dəqiqəsində "Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz yaşadığı mübahisəyə görə sarı vərəqə ilə cəzalandırılıb, 90-cı dəqiqədə isə qazandıqları penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.