Türkiyənin məşhur güləşçisi, Rio Olimpiya Oyunlarının bürünc medalçısı Cenk İldəm silahlı hücuma məruz qalıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yunan-Roma güləşçisi tıxacda mübahisə etdiyi adamlar tərəfindən ayağından silahla vurulub.
98 kq çəki dərəcəsində ölkəsinə bürünc medal qazandırmış C.İldemlə onu güləlləyən şəxs arasında yol vermək üstündə mübahisə yaranıb.
Qeyd edək ki, Cenk İldəm Rioda bürünc medal qazandıqdan sonra öz ölkəsinin bayrağı ilə yanaşı, tribunadan Azərbaycanın bayrağını da istəyib. Beləliklə, pəhləvan Türkiyə və Azərbaycan bayraqları ilə birgə dövrə vurub.