Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməyinə qoyulmuş qadağanın ləğv olunacağı ilə bağlı yayılan xəbərlər heç də birmənalı qarşılanmayıb.
Unikal.org xəbər verir ki, ölkədə keçirilən toylardan birində qəribə hadisə baş verib. Belə ki, bir cütlüyün ziyafətində 40 min rial cehiz pulu və evləndikdən sonra gəlinin işləyəcəyini qəbul edən bəyi qız atasının dediyi sözlər özündən çıxarıb. Toy davam edən zaman gəlinin atasının "qızıma avtomobil və sürücülük vəsiqəsi alacam" deməsi bəy tərəfindən müsbət qarşılanmayıb.
Nəticədə bəy əsəbiləşərək ziyafəti tərk edib və geri qayıtmayıb.
Xatırladaq ki, bu barədə kral Salman bin Əbdül Əziz Əl Saud fərman imzalayıb.
Qərar 2018-ci ilin iyununda qüvvəyə minəcək.
Unikal.org