Pika adlı xəstəliyə tutulan Emma Snoudoun həftədə 14 süngər yeyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, üç uşaq anası, 36 yaşlı qadın 10 ildir süngər çeynəyir. Hətta bacısı Emmaya ad günündə şokalad və gül əvəzinə süngər hədiyyə edir.
O, bu barədə belə danışıb:
"Dişimdə kariyes vardı. Mən də üzərinə süngər qoydum, bununla da rahatlandım. Sonra bunu çeynəməyə davam etdim. O gündən süngər görəndə yemədən dura bilmirəm.
Talehsiz qadın gündə 3 dənə süngər yediyini, əsəbi və özünü narahat hiss edən vaxtlar isə bu rəqəmin daha da artdığını deyib.
Qeyd edək ki, pika xəstəliyi mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəlikdir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur.