Faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu haqda Unikal,org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Agentlik sürücülərə hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etmələrini tövsiyə edir.