Ermənistanın Tavuş vilayətinin sakinləri Dilican və İcevan meşələrindən odun çıxara bilmədiklərinə görə etiraz aksiyaları keçirirlər.
Unikal.org azvision-a istinadən xəbər verir ki, sakinlər illərlə meşələrdə ağacları kəsərək satıblar. Bir növ meşələr onların əsas gəlir mənbəyidir. Yeni qərara əsasən sakinlərin meşələrdən odun qırması qadağan edilib. Bu hal kəndlilər arasında etirazla qarşılanıb. Onlar çıxış yolunu aksiyalar keçirməkdə görüblər. Məlumata görə Tavuşda vəziyyət kəskinkləşib. Etirazçılar "Pantera Security təhlükəsizlik agentliyinə aid məntəqələrdən birinə hücum ediblər. Narazı sakinlər məntəqəni yandıraraq, işçiləri döyüblər.
Aksiyaların miqyasının genişlənəcəyi təqdirdə sakinlərlə polislər arasında toqquşmaların baş verəcəyi istisna edilmir.