"Guan Sheng Yuan" iri ərzaq şirkətinin sabiq rəhbəri Venq Mao Henan əyalətinin Yuntay şəhərində turistik gəzinti zamanı həlak olub.
Unikal.org oxu.az-a istinadən bildirir ki, bu barədə "CCTV News" məlumat yayıb.
67 yaşlı iş adamının ölümünə bədbəxt hadisə səbəb olub - meymun onun başına daş atıb. Sahibkar xəstəxanaya çatıdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Telekanalın məlumatına görə, hazırda Yuntay dağına turistik marşrut bağlıdır, orada istintaq aparılır.
CCTV qeyd edir ki, Yuntay dağı və onun ətrafındakı park vəhşi meymunların məkanı kimi məşhurdur.