ABŞ prezidenti Barak Obama qondarma "erməni soyqırımı"nı yenə "böyük fəlakət" ("Meds Yeghern") adlandırıb.
 
Unikal.org "Hürriyyət"ə istinadən verdiyi məlumata görə, Obama 24 aprel ərəfəsində ənənəvi açıqlamasında yenə də "soyqırımı" ifadəsini işlətməyib.
 
Onun bu açıqlaması İngiltərəyə səfəri ərəfəsində yayımlanıb.