Mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bıçaqlanması ilə bağlı xəbərlərə münasibət bildirib.
Unikal.org xəbər verir ki, "Qafqazinfoya açıqlama verən Mədətovun sözlərinə görə, bıçaqlanması ilə bağlı yayılan xəbərlər yalandır:
"Tamamilə yalan xəbərdir. Əgər bıçaqlansaydım 3 gün polis idarəsində saxlanılmazdım. Məni idarədə qanunsuz olaraq saxladılar. Adı silahlı insidentə qarışan həmin şəxsləri isə heç vaxt tanımamışam. Heç kimdən şikayətçi deyiləm. Münaqişənin söyüş üstündə baş verməsi yalan xəbərdir.
Qeyd edək ki, mətbuatda Müşfiq Mədətovun bıçaqlanması ilə bağlı xəbərlər yayılıb. Həmin şəxslər, eyni zamanda Səbail RP-nin rəis müavini, polkovnik Orxan Axundzadəni ayağından güllə ilə vurub qaçıblar. Keçirilən əməliyyat zamanı 3 nəfər şübhəli - Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov saxlanılıb.