ADA Universitetində IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva tədbirdə iştirak edib.
Bu il Ümumdünya Ərzaq Günü "Miqrasiyanın gələcəyini dəyişək: Ərzaq təhlükəsizliyinə və kənd yerlərinin inkişafına sərmayə qoyaq mövzusuna həsr olunub. ƏvvəlcəLeyla ƏliyevaADA UniversitetindəKənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının fəaliyyət istiqamətlərinə aid nəşrlərin nümunələri, kataloq və bukletlərdən ibarət sərgi ilə tanış olub. Tədbir Ümumdünya Ərzaq Gününə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.FAO-nun xoşməramlı səfiri Leyla ƏLİYEVA tədbirdə çıxış edib. Ümumdünya Ərzaq Gününün əhəmiyyətini vurğulayan xoşməramlı səfir ərzaq təhlükəsizliyinin və kənd yerlərinin inkişafının dünyada sülhün, sabitliyin və davamlılığın təmin edilməsi üçün vacib amil olduğunu diqqətə çatdırıb, bu sahədə mövcud problemlərin isə münaqişəyə, aclığa və kütləvi miqrasiyaya yol aça biləcəyini bildirib.
"2030-cu il Davamlı İnkişaf üzrə Gündəliyin ilk iki məqsədi məhz yoxsulluq və aclığa son qoyulmasını nəzərdə tutur. Bu, ümumi anlayışı ifadə edir ki, məhz həmin hədəflərə çatmadan biz sülhsevər, inklüziv və davamlı cəmiyyətlər qura bilmərik. Qurduğumuz cəmiyyətlərdə insanlar sağ qalmaq üçün öz evlərini tərk etmək məcburiyyəti qarşısında qalmamalı, bu, onların öz seçimi olmalıdır. Miqrant axını qeyri-bərabər inkişafla sıx şəkildə əlaqəlidir. Dünya əhalisinin demək olar ki, yarısı və dünyadakı yoxsulların 75 faizi kənd yerlərində yaşayır və kənd təsərrüfatından asılıdır. Buna görə də təkcə kəndlərin inkişafınainvestisiyayatırmaqla biz milyonlarla insanın bu ərazilərdən getməsinin qarşısını ala bilərik. Bununla belə, miqrasiyanın gələcəyini dəyişdirmək o demək deyil ki, biz sadəcə olaraq kənd təsərrüfatının hər hansı formada inkişafına hədəflənməliyik. Yalnız iqlim əsaslı ağıllı kənd təsərrüfatınainvestisiyayatırmaqla biz kəndlərin inkişafını dəyişdirə və onu daha davamlı edə bilərik, - deyəHeydər ƏliyevFondunun vitse-prezidenti vurğulayıb.
Leyla Əliyeva rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyəti, ötən altı ildə görülən işlər, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlı inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən layihələrdən danışaraq deyib: "Son 6 il ərzində biz bir çox layihələr həyata keçirmişik və yaxşı nəticələr əldə etmişik. Bəzi layihələrimizə Azərbaycanda 5 milyon ağac əkilməsi, nəsli kəsilmək təhlükəsi altında olan heyvanların qorunması, elmi laboratoriyaların yaradılması, şagirdlər və tələbələr üçün dərslərin təşkili, kitabların çap edilməsi və ətraf mühitlə bağlı məlumatlılığı artırmaq üçün müxtəlif sərgilərin təşkili daxildir. Əlbəttə ki, biz bütün layihələrimizə çox kreativ şəkildə yanaşmağa çalışmışıq. Lakin biz anlayırıq ki, zaman əleyhimizə işləyir və indi hərəkətə keçmək çox vacibdir. Bu gün mən sizə İDEA-nın xüsusilə ərzaq təhlükəsizliyi, kəndlərin inkişafı, eyni zamanda, ətraf mühit məsələləri ilə bağlı olan bir neçə layihəsi barədə daha çox məlumat vermək istərdim. Bir neçə ay əvvəlFAOilə əməkdaşlıq çərçivəsindəİsmayıllırayonunda aztəminatlı Azərbaycan vətəndaşları üçün meyvə bağlarının salınması üzrə birgə layihəyə start verildi. Mən məmnunam ki, təkcə üç gün bundan əvvəl, bizŞəmkirrayonunda bu layihənin həyata keçirilməsinə uğurla başladıq. Yaxın bir neçə həftə ərzində biz Azərbaycanın daha yeddi rayonunda bu layihəyə başlamağı planlaşdırırıq və ümidvarıq ki, gələcəkdə ölkənin digər ərazilərini də əhatə edəcəyik. Məqsəd aztəminatlı ailələrin rifahını yaxşılaşdırmaq və onlara davamlı şəkildə gəlir əldə etməyə kömək göstərməkdir.
Ətraf mühitin vəziyyətinə töhfə vermək, eləcə də ondan asılı olan kənd icmalarına yardım etmək üçün daha bir səy göstərərək ötən il İDEA Kür çayının deltasının təmizlənməsi üzrə çoxaspektli layihənin icrasına başladı. Bu layihə balıq ehtiyatları, suyun keyfiyyəti və bütünlükdə, çayətrafı ərazilərdə ekologiyanın yaxşılaşdırılması məqsədi daşıyır. Bu gün bizim dünyaya güclü mesaj göndərmək imkanımız var: Miqrasiyanın gələcəyini dəyişin - ərzaq təhlükəsizliyi və kəndlərin inkişafınainvestisiyayatırın. Mən inanıram ki, birlikdə hərəkət edərək biz böyük dəyişikliyə nail ola, həmçinin özümüzü dəyişdirməklə hər birimiz dünyaya böyük təsir edə bilərik.
Kənd təsərrüfatı naziri Heydər ƏSƏDOV çıxış edərək bildirib ki, belə beynəlxalq tədbirlərin təşəbbüskarı olan Azərbaycanın siyasi rəhbərliyi bu tədbirə də öz töhfəsini verib. Beynəlxalq statistikaya görə, dünya əhalisinin 800 milyondan çoxunun aclıqdan əziyyət çəkdiyini, qeyri-rəsmi statistikada isə bu rəqəmin 2 milyard təşkil etdiyini deyən Heydər Əsədov bildirib ki, bu fakt hər bir ölkənin ərzaq təhlükəsizliyinə xüsusi töhfə verməli olduğunu göstərir. Dünyada miqrasiya sahəsində statistikanın nikbin olmadığını, miqrasiyanın artmasının ərzaq təhlükəsizliyinə mənfi təsir göstərdiyini deyən Heydər Əsədov bu problemin Azərbaycana tanış olduğunu bildirib.Ermənistan-Azərbaycan, DağlıqQarabağmünaqişəsi nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkəmiz bu problemi demək olar ki, öz daxili gücü hesabına həll edir. Nazir vurğulayıb ki, Azərbaycan hökuməti dünyanın üzləşdiyi bu cür çağırışlarda hər zaman fəal iştirak edir, miqrasiyaya səbəb olan ölkələr isə bu gün miqrantları qəbul etmirlər.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk ÇAKMAK təşkilatın 1945-ci ildə yaranması günü olan 16 oktyabr tarixinin Ümumdünya Ərzaq Günü kimi dünyanın 150-dən çox ölkəsində qeyd edildiyini deyib. O, dünyada artan münaqişə və qeyri-sabitlik səbəbindən bir çox insanların evlərini tərk etmək məcburiyyəti qarşısında qaldıqlarını bildirərək, miqrasiyanın mənfi təsirləri,FAO-nun fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, 2030-cu ildə aclığın sıfıra endirilməsi məqsədinə nail olmaq miqrasiya problemini həll etmədən mümkün deyil. Son 10 ildə aclıqdan əziyyət çəkənlərin sayının yenidən artdığını bildirən Mələk Çakmak 2050-ci ildə sayı 10 milyarda çatacaq dünya əhalisinin qida təhlükəsizliyinin təmin edilməsi məsələsinin gündəmdə olduğunu, bu istiqamətdə strategiyaların hazırlandığını deyib. Təşkilatın Azərbaycandakı təmsilçisi qurumla məhsuldar tərəfdaşlığa görəPrezidentİlham ƏliyevəFAOadından təşkkürünü bildirib. O, təşkilatın mesajlarının dünyaya çatdırılması istiqamətindəFAO-nun xoşməramlı səfiriLeyla Əliyevanın səylərini də xüsusi qeyd edib.
"Bu gün bir çox insan qida məhsullarına çıxış əldə etməkdə çətinlik çəkir. Bunun əsas səbəblərindən biri də miqrasiyadır. Bu sözləri isə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan AKTOPRAK deyib. O, miqrasiyanın ərzaq təhlükəsizliyinə, ərzaq təhlükəsizliyinin isə miqrasiyaya təsirindən danışıb. Vurğulayıb ki, bu gün belə problemlərin qarşısını almaq üçün səylər birləşdirilməli, əməkdaşlıq gücləndirilməlidir. Serhan Aktoprak AzərbaycandaPrezidentİlham Əliyevin rəhbərliyi ilə miqrasiya idarəçiliyində böyük nailiyyələtlərin qazanıldığını diqqətə çatdıraraq ölkəmizin digər dövlətlər üçün nümunə olduğunu, bu təcrübənin öyrənilməsinin vacibliyini qeyd edib. SonraFAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomüraciəti nümayiş olunub. Daha sonra "Azərbaycanda aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsinə dair videoçarx təqdim edilib. Tədbir "Miqrasiyanın iqtisadi və siyasi tərəfləri: kənd təsərrüfatına və ərzağa təsirləri mövzusunda panel müzakirələri ilə davam edib. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sədrliyi ilə keçən panel müzakirələrində ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafı baxımından miqrasiyanın yaratdığı çağırışlar və imkanlar haqqında məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.