Oktyabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının XIII qurultayı keçirilib.
Partiyadan unikal.org-a verilən məlumata görə, qurultayda deputat Araz Əlizadə yenidən sədr seçilib.
Oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin olub.
Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər.
ASDP Mərkəzi Komitəsinə 11 nəfər üzv seçilib.