Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski "Vesti" telekanalına verdiyi müsaşibəsində bildirir ki, ölənədək Rusiya Dövlət Dumasının deputatı olmaq istəyir.
Unikal.org bildirir ki, Jirinovski lağla deyib: "Mən öləndə Qızıl meydanda, Kreml divarının yanında, Leonid Brejnevin yanında basdırarsınız. Brejnevin solunda Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov, sağda isə mən olmalıyam. Amma təxminən 20 il sonra".
Leonid Brejnev 1966-1982-ci illərdə Sovet İttifaqının Kommunist Partiyasının baş katibi və ölkə başçısı olub.