İŞİD terror təşkilatı İrana qarşı hücum planlaşdırır.
 
Axar.az xəbər verir ki, bu sözləri İranın Kəşfiyyat naziri Mahmud Ələvi deyib.
 
O, İŞİD-in İrana terrorçular göndərəcəyini bildirib:
 
"İŞİD terror təşkilatı İrana qarşı hücum planlaşdırır. Hücum planı Suriyanın Rakka şəhərində hazırlanıb və İrana xüsusi terrorçular göndəriləcək. Əgər İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparmasaydıq, bu gün qruplaşma İran daxilində aktiv fəaliyyət göstərərdi".