Amerika Birləşmiş Ştatlarında (Vaşinqton) yaşayan Azərbaycanın icra başçılarından birinin qızı öz dostlarını verdiyi qonaqlıqla heyrətləndirə bilib.
 
Təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara "Dollar qonaqlığı" verib.

Onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əskinaslar düzülüb. Bu, həm də Azərbaycanda devalvasiya dövrünə təsadüf edir.
 
Məlumatı yayan modern.az bildirir ki, həmin xanımın adı və kimliyi sayta məlumdur.