Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bu ilin 9 ayı ərzində Bakı şəhəri üzrə yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 650 minə yaxın inzibati protokol tərtib edilib.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, dayanma-durma tələbini pozanlara qarşı tərtib edilmiş protokolların sayı üstünlük təşkil edir.
Polis polkovniki bildirib ki, həmçinin Bakıda 70 avtoxuliqan, 85 minə qədər piyada məsuliyyətə cəlb edilib.
Bölmə rəisi bir daha hərəkət iştirakçılarını yol hərəkətində diqqətli olmağa dəvət edib.