2017-ci ilin payız-qış aylarında müxtəlif rənglər dəbdə olacaq. Bəs, geyinəcəyiniz həmin rənglərin hansı məna kəsb etdiyini bilirsinizmi?
Unikal.org xarici KİV-ə istinadən rənglərin mənalarını təqdim edir:

Sarı rəng- araşdırmalara görə, bu rəng qan təzyiqini artırır, xoşbəxtlik gətirir.

Zümrüdü rəng- 1970-ci illərin ən dəbdə olan rəngi bu payızda göz oxşayır. Əgər zəngin görünmək istəyirsinizsə, zümrüdü rəngdə olan libaslar tam sizə görədir.

Çəhrayı rəng- 2000-ci ildən bu yana heç dəbdən düşməyən bir rəngdir. Səmimiyyət və rahatlıq hissi bəxş edir.

Açıq mavi- bu rəngdə olan geyimləri iş görüşmələrinə və ya ciddi danışıqlar zamanı geyinməyiniz məsləhətdir. Çünki mavi rəng insana inam, güvənlik verir.
