Siyəzən magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.
 
SOCAR-dan unikal.org-a verilən məlumata görə, aprelin 25-də saat 10:00-dan 17:00-dək "Qaz İxrac" İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Giləzi" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Siyəzən rayonunun Zarat, Çandahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.