Son günlər təmas xəttində Ermənistanın fəallaşmasını politoloq Rasim Musabəyov şərh edib.
 
Unikal.org-un ANS TV-yə istinadən məlumatına görə, o, bunu Ermənistanın Rusiyaya arxa çevirməsi və müstəqil siyasət yürütmək  istəyi ilə əlaqələndirib.

"Cəbhə xəttində vəziyyəti gərginləşdirməklə nümayiş etdirmək istəyirlər ki, "biz Rusiyanın cibində deylik  heç də moskvanın dediyi ilə oturub-durmuruq". Əsas odur ki, Moskvanın doğurdan da erməniləri ağıla gətirmək istəkləri olsun",- deyə politoloq məsələyə münasibətini bildirib.