21 avqustda Günəş tutulmasının ardınca 20-23 sentyabrda Niburi planetinin dünya ilə toqquşacağı və qiyamət olacağı barədə xəbərlər yayılmışdı. Ancaq gözlənilən baş vermədi və bu dəfə tarix dəyişdi.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, NASA Nibiru ilə bağlı iddiaları qətiyyətlə təkzib etsə də, narahatlıqlar səngimir.
İngiltərədə nəşr olunan "Daily Mail qəzetinin yazdığına görə, Nibirunun dünyaya yaxınlaşacağı tarix dəyişib. İndi bu "görüşün 19 noyabrda olacağı deyilir.
Bəzi mütəxəssislər iddia edir ki, planet indidən plazma enerji partiküllərini Günəş sisteminə yollamağa başlayıb. Bu isə dünya iqlimini alt-üst edə bilər.