Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş bu dəfə də ermənilərə dəstək olub.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, İzmirdə qondarma erməni soyqırımından danışıb.
Dəmirtaş 1915-ci ildə qətlə yetirilən hər kəsi anırıq deyərək soyqırımı sözünü işlədib:
"Bu gün 101 il öncə erməni soyqırımının başladığı gündür. Ermənilər bu torpaqlarda öldürüldüyünü, kürdlər isə bu torpaqlarda yaşadıqlarını sübut etməyə çalışırlar".
Qeyd edək ki, HDP PKK-nın bir qolu hesab olunur.