Məmurların iş otağında +18 filmlərə baxdığını sübut edən çox sayda fotolar sosial şəbəkələrdə yayılıb.
 
 
Bu barədə xəbərlər Ukraynanı qarışdırıb. Belə ki, məmurların porno filmlərə baxdığını göstərən çox sayda şəkil sosial şəbəkələrdə yayıldıqdan sonra məmurlara qarşı tədbir görülməsi tələbləri səsləndirilib. Məsələ ilə əlaqədar araşdırma başlayıb.

Fotolar iş zamanı kabinetdə +18 filmlərə baxan məmurlara məxsusdur və Kiyev Administrasiyasında binanın birinci mərtəbəsindən çəkilib.

Qeyd edək ki, bir çox ölkələrdə məmurlar +18 filmlərin qurbanı olub. Son olaraq ABŞ ordusunun admiralı Rik Ulyamsın kompüterində pornofilm tapıldığına görə o, işdən azad edilib.

Araşdırma komissiyası admiralın məhz iş zamanı pornoya baxdığını müəyyən edib.