Dünyanın ən aparıcı telekanallarından olan Əl-Cəzirə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı süjet yayımlayıb.
 
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, süjetdə Azərbaycan torpaqlarının işğal olunmasından və aprelin əvvəlindəki dörd günlük müharibədən bəhs olunur.

Azərbaycan ordusunun yerləşdiyi mövqelərdə olan telekanal əməkdaşları, onun son döyüş əməliyyatları vaxtı ələ keçirdiyi yüksəklikləri də tamaşaçılara nümayiş etdiriblər.

Süjetin ən maraqlı epizodu isə ermənilərin Tərtər rayonunda atəşə tutduqları və demək olar ki, tam dağılmış məktəbdən çəkilən hissə olub.