Azərbaycan həqiqətlərini birləşmiş ştatlar prezidenti Barak Obamaya olduğu kimi çatdırmaq üçün 74 metr uzunluğunda məktub yazdı.
Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, söhbət Azərbaycanda Barak Obamanın oxşarı kimi tanınan Qəbələ sakini Asif Mustafayevin hazırladığı nəhəng məktubdan gedir. İzləyək görək azərbaycanlı Obama amerikalı Obamaya məktubla nə demək istəyib?
Açmaqla qurtarmır, oxumaqla bitmir. Görüntülər Azərbaycanlı Obama kimi tanınan Qəbələ sakini Asif Mustafayevin Birləşmiş Ştatlar prezidenti Barak Obamaya göndərmək üçün hazırladığı nəhəng məktubdandır.
Azərbaycanlı Obama kimi tanınan Asif Mustafayev qondarma erməni soyqırımı günündə birləşmiş ştatlar prezidenti Barak Obamaya 74 metr uzunluğunda məktub ünvanlayıb. Məktubda Azərbaycan xalqının başına ermənilər tərəfindən gətirilən bütün faciələr təfərrüatı ilə əks olunub. Bununla o göstərməyə çalışıb ki, əslində əsrlər boyu soyqırıma məruz qalan ermənilər yox, Azərbaycan xalqıdır.
Məktubda erməni cəlladlarının 1821-ci ildən başlayaraq 1994-cü ilə qədər Azərbaycan xalqına qarşı törətdiyi bütün tarixi hadisələr, soyqırıma qurban gedən azərbaycanlıların sayları əks olunub.
Cəmi 3 səhifəsi Azərbaycan dilində olan, 71 səhifəsi isə İngilis dilində yazılan bu məktubu hazırlamaq ona elə də asan başa gəlməyib. Qəbələli Obama məktubunu qısa zamanda Birləşmiş Ştatlar prezidentinə çatdırmaq fikrindədir.
Asif Mustafayevin əsas arzusu isə həmin məktubu ABŞ prezidenti Barak Obamaya şəxsən təqdim etməkdir.