Erməni deputatların Avropa Şurasında guya Azərbaycanın erməni mülki əhalisinə qarşı silahdan istifadə etdiyini "təsdiqləyən" broşürda dərc etdikləri foto Azərbaycan seriyalı avtomobilin idi və əslində Ermənistanın sərhəd bölgəsində yaşayan azərbaycanlıları gülləyə tutduğunu təsdiqləyirdi.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzTV-yə müsahibəsində deyib.
 
S.Seyidov bildirib ki, Azərbaycan nümayəndə heyətinin bu barədə Avropa parlamentarilərini məlumatlandırmasından sonra erməni deputatlar özləri payladıqları broşürları yığmağa başladılar:
 
"Onlar bu broşürü yaymaqla özləri-özlərini rüsvay etmiş oldular və əslində ermənilərin cəbhə xəttindəki əməllərini ifşa etdilər".