Avstraliya polisi ölkədə terror aktı törətməyə hazırlaşan yeniyetməni həbs edib.
Unikal.org report-a istinadən bildirir ki, o, bu gün keçiriləcək "Anzak" milli bayramında terror aktları törətməyi planlaşdırırmış.
Məlumata görə, 16 yaşlı yeniyetmə Sidney şəhərinin yaxınlığındakı evində həbs edilib. O, bu gün məhkəmə qarşısına çıxarılacaq.
Əgər günahı sübuta yetirilsə, onu ömürlük azadlıqdan məhrumedilmə cəzası gözləyir. Agentliyin məlumatına görə, son vaxtlar ölkədə bir neçə gənc terror aktı törətməyi planlaşdırdığına görə həbs edilib.