Azərbaycanda investisiyaların təşviq edilməsini nəzərdə tutan təkliflər zərfi artıq Nazirlər Kabinetinə təqdim edilib.
 
Unikal.org "Report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Sahibkarlar günü" adlı konfransıda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib: "Bu sənədi digər nazirliklərlə birgə işləmişik".
Onun sözlərinə görə, bu sənəddə vergi və rüsumlar, daxili istehsalın inkişafı, habelə daxili bazarın qorunması ilə bağlı məsələlər əksini tapıb.
"Qeyd edim ki, dövlət başçısının gömrük sistemində islahatların davam etdirilməsinə dair sərəncamı mühüm sənəddir. Bu sərəncamdan irəli gələn məsələlər
artıq yekunlaşmaq üzrədir. Digər məsələlər, məsələn, "yaşıl dəhliz", gömrükdə depozitlərin qoyulması, vətəndaşların rast gəldiyi digər məsələlər də həllini tapacaq. Artıq sərhədi keçərkən bunları görəcəksiz", - deyə A.Əliyev qeyd edib.