Çində polislərin qanunsuz evləri sökmək cəhdi onlara baha başa gəlib. Evlərini qorumaq üçün səfərbər olan sakinlər təhlükəsizlik əməkdaşlarının qarşısına çıxıblar.
Unikal.org atv.az-a istinadən bildirir ki, tərəflər əvvəlcə bir-birilərinə xəbərdarlıq etməklə kifayətlənsə də, bir qədər sonra polislərlə ev sahibləri arasında toqquşmalar qaçılmaz olub.
Asayiş keşikçilərinə odlu silahlarla atəş açan sakinlər, onları geri çəkilməyə vadar ediblər. Hadisə zamanı 5 təhlükəsizlik əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı polislər xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti normaldır.