Ötən gün Bakı şəhəri, Şərifzadə 20 ünvanında baş vermiş partlayışın səbəbi məlum olub - partlayış qaz sızması səbəbindən baş verib.
Unikal.org Trend-ə istinadən bildirir ki, hazırda hadisə yerində "Azəriqaz" İB və FHN əməkdaşları iş aparır.
"Azəriqaz" İB-dən bildirilib ki, hazırda ərazidə və ətraf evlərdə qazın verilişinin bərpası üzrə işlər aparılır.