Ukraynanın tanınmış politoloqu  Andrey Doroşenko aprelin 24-də özünü Kiyev şəhərində Solomenskoy rayonu ərazisində doqquzuncu mərtəbədən atıb. 

Nəticədə politoloq dünyasını dəyişib.

Hadisə  baş verməzdən öncə o elə həmən binada televiziyada qonaq olub və çıxış edib. İlkin məlumatlara görə, politoloq özünə qəsd edib. Ancaq hadisənin təfərrüatı barədə heç nə deyilmir.
 
A. Doroşenko tez-tez birbaşa efirlərdə qonaq olarmış.(moderator.az)