Bakının Sabunçu rayonunda silahlı insident baş verib. 
Hadisə Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsi, 10 ünvanında baş verib.  
Həmin ünvanda bir qrup şəxs arasında mübahisə baş verib. Mübahisə zamanı naməlum şəxs havaya 3 dəfə atəş açıb. Həmin şəxsin sərxoş olduğu bildirilir.  Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat daxil olub. Dərhal hadisə yerinə polis əməkdaşları yollanıb. Keçirilən əməliyyat nəticəsində hadisəni törədən Ramana qəsəbəsi sakini, 1973-cü il təvəllüdlü Ayaz Əliyev saxlanılıb.  Ayaz Əliyevdən maddi sübut kimi "Diekinson" markalı ov tüfəngi götürülüb.  Faktla bağlı cinayət işi başlanıb.