NASA-da bir neçə il əvvələ qədər "Tam məxfi" adlı sensasiyalı məlumat saxlanılırmış.
Unikal.org ANS-ə istinadən xəbər verir ki, 9 avqust 1973-cü ildə astronavtlar "Skayleb-2" kosmik gəmisinin göyərtəsindən ABŞ kosmik araşdırmalar laboratoriyasına son dərəcə heyrətləndirici məlumat ötürüblər.
Məlumatda qeyd olunur:
"Cəhənnəm Günəşin ortasında yerləşir. Biz ölülərin necə yandığını görürük. Biz cəhənnəmi görürük".
Rabitə bir neçə dəqiqəyə kəsilir, bunun ardınca isə astronavtlar kosmik fəzadan uçuş üçün normal məlumatlar ötürürlər. Sanki bundan əvvəlki sensasiyalı xəbəri ötürən onlar olmayıb...
NASA mütəxəssisləri bu hadisə ilə bağlı bütün şayiələri 16 il təkzib etməli oldular. Lakin 1985-ci ildə ABŞ-ın "Dünya elmi" jurnalı bu sirrin pərdələrini qaldıraraq "Skayleb - 2" kosmik gəmisinin ekipajının Yerə ötürdüyü ağlasığmaz məlumatı dərc etdi.
1978-ci ilin avqustunda kosmik gəminin göyərtəsindəki astronavtlar spektoqramın (spektrin foto şəkli) köməyi ilə günəş partlayışını araşdırdılar və bütün dəyişikliklər fotolentə köçürə bildilər.
Lakin qəflətən maye axın gözlənilmədən heyrətdən şoka düşmüş müşahidəçilərin gözləri önündə sönür. Cihaz 70 saniyə ərzində dəhşətli yuxuya bənzəyən görüntüləri qeydə alır: Bu alovlu sütunda əbədi odda yanaraq əzab çəkən yüzlərlə insan siması peyda olur. Əvvəlcə astronavtlar bunun hallüsinasiya olduğunu düşünürlər, lakin bu üz cizgiləri çox dəqiq idi. Astronavtlar ateistlərin fərziyyə hesab etdiyi Cəhənnəmi görürdülər...
Jurnal 42 il əvvəl alınan bu məlumatın hazırda çox diqqətlə araşdırıldığını iddia edib.
Bu sensasiyalı məlumatdan 10 il sonra bəzi ABŞ nəşrləri oxuculara daha bir fantastik hadisə barədə məlumat verib. Xüsusi hazırlanmış aparatdan və teleskopdan istifadə etməklə, NASA araşdırmaçıları fotolentə qəribə görüntülər çəkiblər: açıq kosmosda ölmüş insanların və heyvanların kabusları uçuşurdu.
Bu hadisə rəsmi elm, parapsixologiya və din xadimləri arasında kəskin fikir ayrılığı yaradır. Lakin təkcə bir məqam onları birləşdirirdi: fotolar həqiqətən çəkilmişdi. Ancaq NASA rəhbərliyi bu məlumatı məxfiləşdirmək qərarına gəldi.
Kimliyi açıqlanmayan alimlər ilk şəkilləri Günəşin Neptuna təsirini araşdırarkən almışdılar. Fotolarda çoxsaylı işıldayan insan bədənləri çox dəqiq görünürdü. Elm xadimlərinin bu barədə fikirləri birmənalı olmadı...
İspan teoloq Pedro Qarsiya hesab edir ki, kainatın bu hissəsi Cənnət və Cəhənnəm arasındakı Məhşərdir. Burada ölmüş insanların ruhları həyatda yaşayarkən törətdikləri əməllərinə görə sorğu-sual edilirlər.
Yadplanetlilər haqda 11 kitab yazan Alan de Volyer isə şəkillərdə görünən bu quruluşların başqa planetin varlıqları olduğunu iddia edib.
Hələki hər şey gizli saxlanılır. Cənnət axtarışında olan NASA amerikalı Çarlz Qinsonun 28 il kosmosda olmasını gizli saxladığı kimi.
NASA-dan olan mənbələr sözügedən hadisənin izahın mümkünsüzlüyünü deyirlər, rəsmi nümayəndə isə Qinsonun başına gələnləri belə şərh edir:
"Biz 3 saat 58 dəqiqədən sonra kosmik gəminin komandiri Çarlz Qinsonla əlaqəni itirdik. Missiya məxfi olduğundan bu barədə ictimaiyyətə açıqlama verə bilmədik. Bizim sənədlərdə Çarlz Qinson itkin kimi göstərilir. 26 mart 1991-ci ilə qədər belə idi.
Astronavtın kosmosda yoxa çıxmasının üstündən 28 il keçdikdən sonra amerika hərbi-dəniz hissələrindən biri Çarlz Qinsondan radioqramma alır. Bu hadisədən az sonra okeanda astronavtın kosmik gəmidə istifadə etdiyi "Cemini" kapsulu tapılır.
Astronavt yarım illik yemək, içmək və istilik ehtiyatı ilə kosmik fəzada 28 il necə yaşaya bilib?
Son dərəcə müəmmalı hadisə bağlı NASA heç bir açıqlama vermədi. Astronavtın olduğu kosmik gəmiyə ilk olaraq hərbçiləri buraxmışdılar və o vaxtdan hər şey sirr olaraq qalır. Bu hadisə ilə bağlı bütün sənədlər arxivlə birlikdə yoxa çıxıb. Hətta Qinsonun nə vaxtsa NASA-nın əməkdaşı olduğunu təsdiqləyən hər hansı bir fakt belə yoxdur.
Çarlz Qinson Kaliforniyanın "Edvards" aviabazasında karantin keçib. Astronavt və "Cemini" kapsulu dəqiqliklə araşdırılıb. Xüsusi yaradılmış psixoanalitiklər qrupu Qinsondan onun fantastik macəraları barədə məlumat almağa cəhd etsə də, heç nə alınmayıb.
NASA əməkdaşı reprtyorlara açıqlamasında belə deyib:
"Fiziki olaraq özünü yaxşı hiss edir, lakin tamamilə çaşqın vəziyyətdədir. Uzun müddət Yerdə olmamasını izah edə bilmir. Psixoloji vəziyyəti olduqca pisdir. Onun sözlərini bir-biri ilə əlaqələndirmək mümkün deyil. Bu müddət ərzində harada olduğunu, kosmosda hansısa heyvan və ya ilahi varlıqlarla ünsiyyətə girdiyi barədə soruşduqda, hər dəfə eyni cavabı verir: "Bir daha heç vaxt!.. Siz başa düşməlisiz, onlar bizim düşmənlərimizdir". Qalan bütün suallar onda isterika və ağlamaqla müşayiət olunur".
Məşhur polyak cadugəri Kşiştof Bullışko astronavtın tezliklə danışacağını və onun danışdıqlarının hər kəsi şoka salacağını açıqlayıb. Lakin cadugərin bu açıqlamasından xeyli müddət ötüb, Çarlz Qinsonun 28 illik kosmik səyahəti barədə hələki, yeni bir şey yoxdur. Ola bilsin ki, bu, birbaşa kosmosdakı Cəhənnəm və Məhşərin tapılması ilə bağlıdır...