Santa-Anedə FAB əməkdaşları şəxsi məlumatların oğurlanmasında, fırıldaqçılıqda eləcə də "çirkli pullar"ın yuyulmasında şübhəli bilinən beş nəfərdən ibarət qrupu həbs ediblər.
Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, saxlanılan şəxslər Ermənistan, Gürcüstan və Çexiya vətəndaşlarıdır.
Los-Ancelesin federal prokurorluğunun məlumatına görə, Qlendeyldən 34 yaşlı Eduard Asvastatryan, 46 yaşlı Armen Mkrtçyan və 31 yaşlı Artaş Stepanyan, Berbankdan 24 yaşlı Ripsime Avaqyan, Qərbi Hollivuddan 54 yaşlı Sarkis Tabacyan saxlanılıb.
Mənbənin məlumatına görə, Qlendeyl sakini Eduard Asvastatryan ən azı 17 bank hesabı açıb, hesablara öz əlbirləri ilə bərabər qazandığı çirkli pulları köçürürdü.
Polis, həmçinin, Silmardan olan 43 yaşlı Mxitar Mkrtçyanı, San Vellidən olan 45 yaşlı Karen Poqosyanı, Silmardan 23 yaşlı Konstatin Qalstyanı, Ceyn Dou və Con Dounu axtarır. Prokurorluğun fikrincə, onların hər biri vergi və bank fırıldaqçılığı ilə məşğul olurdu.
Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, saxlanılan şəxslər IRS-ə 14 milyon dollar məbləğində ziyan vurublar.