Paytaxtın Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində iki yaşayış binasının 24 və 25-ci mərtəbələri qazla təmin olunmayıb. Ancaq həmin mərtəbələrdəki mənzillərə xətlər çəkilib, sayğac qoyulub, hətta ev sahibləri kombi də quraşdırıb.
Unikal.org "Xəzər Xəbər"ə istinadən bildirimr ki, "Azəriqaz" İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalıyev deyib ki, cavabdeh tikinti şirkəti həmin mərtəbələrin layihəsini yenidən təqdim edərsə, əraziyə qaz veriləcək.
Bənzər problem bir çox hündürmərtəbəli binada yaşanır. Səbəb tikinti şirkətlərinin təqdim etdikləri layihədir.
Belə hallarda sonuncu mərtəbədəki mənzillərə qaz verilməsi üçün mənzil tikinti korporativləri həmin yaşayış sahələrinin yeni texniki layihəsini hazırlayıb," Azəriqaz" a təqdim etməlidirlər.